Dörd rayonda suya tələbatın ödənilməsi üçün vəsait ayrıldı - SƏRƏNCAM
15:29 09 İyun 2021
Prezident İlham Əliyev "Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamla Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Femida.az
Oxunub: 947
Oxşar xəbərlər
- Dörd məktəbdə əyani dərslər bərpa olundu
- Dörd fənn üzrə MİQ nəticələri elan olundu
- Dörd ay ərzində 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb
- Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılır - Fərman
- Dörd nəfərə prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
- Dördüncü dəfə həbs olunacaq - Əməllərindən nəticə çıxarmadı
- Dörd ayaqlı, üç əlli körpə doğuldu – FOTO
- Dörd gün əvvəl itkin düşən kişinin asılmış meyiti tapıldı
- Dörd evdən oğurluq edənlər tutuldu
- Dörd ölkə İrana qarşı birləşdi