İmişli Şəkər Zavodunun nizamnamə kapitalı yenidən artırılıb


18:34     09 İyun 2021 2021/06/7c8ad258-35d4-32ca-be9d-73cec3695536_850_1623249345.jpg

“Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin nizamnamə kapitalı daha 6 952 554 manat, yaxud 5,7 % artırılıb.


Femida.az xəbər verir ki, şirkətin kapitalı 121 604 152 manatdan 128 556 706 manata çatdırılıb.

Xatırladaq ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə yaradılıb. Şirkət İmişli Şəkər Zavodunun idarə edilməsi ilə məşğuldur.

Açar sözlər:

Oxunub: 1043