Bakıda bir marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək


18:59     09 İyun 2021 2021/06/2957a4b5-26b2-3abc-ae54-f8f648517927_850_1623250814.jpg

İyunun 10-12-də Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.


Femida.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 1012