Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb


22:05     09 İyun 2021 qeza_yeni.jpg

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1075