Peruda avtobus dərəyə aşıb, onlarla sərnişin həlak olub


10:57     10 İyun 2021 21_06_10_1623297847.jpg

Perunun şimal hissəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 17 sərnişin həlak olub.

Femida.az xəbər verir ki, bu barədə "Erepepe" radiostansiyası öz saytında bildirib.

Məlumata görə, hadisə Libertad əyalətində olub. Belə ki, 33 sənişinin olduğu avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi 200 metr hündürlükdən dərəyə aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində daha 6 sərnişin xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Qəza zamanı habelə daha bir neçə nəfər itkin düşüb. Hazırda xilasedicilər itkinlərin axtarışlarını həyata keçirirlər.

Açar sözlər:

Oxunub: 906


Oxşar xəbərlər