Suriyada zirehli avtomobilin partladılması nəticəsində rus əsgəri ölüb


10:22     10 İyun 2021 21_06_10_1623298451.jpg

Suriyanın Haseke vilayətində Rusiyaya məxsus hərbi patrul karvanında hərəkət edən zirehli avtomobil partladılıb.

Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində bir rus hərbçisi aldığı xəsarətlərdən ölüb, üç hərbçi isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Açar sözlər:

Oxunub: 157