Biləsuvarda otbağlayan aqreqat mexanizatorun üstünə aşıb


20:58     11 İyun 2021 21_06_11_1623428671.jpg

Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda özünəməxsus otbağlayan aqreqatı təmir edən zamanı qoşqu onun üzərinə aşıb.

Nəticədə mexanizator müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 920