Bakıda üç nəfəri avtomobil vurub


09:30     12 İyun 2021 21_06_12_1623475928.jpg

Bakının Xəzər rayonunda üç piyada yol qəzası zamanı xəsarət alıb.

Femida.az xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Mərdəkan qəsəbəsi, Pioner küçəsində baş verib.

1985-ci il təvəllüdlü Cəfərov Eldar Fikrət oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Elşad İsrail oğlu və 1961-ci il təvəllüdlü Əliyev Akif Höcət oğlu yolu keçərkən onları “NİVA” markalı avtomobil vurub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 768