Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib


11:12     12 İyun 2021 21_06_12_1623480324.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən daha bir yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İbrahimov Nicat İbrahim oğlu yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçərkən avtomobil onu vurub.

Yaralı xəstəxanaya çatdırılıb, ona sağ bud sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 997