DİN azarkeşlərə müraciət edib


12:37     12 İyun 2021 21_06_12_1623487137.jpg

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib.


Femida.az -ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib ki, azarkeşlər stadiona yalnız açıq vəziyyətdə, plastik qablarda 100 ml-yə qədər su apara bilərlər.

DİN rəsmisi deyib ki, hansısa bir əşyanın, protexniki vasitələrin, şüşə qab və əşyaların stadiona aparılması qadağandır: “Əgər azarkeşlər həmin əşyalarla stadion ərazisinə daxil olmaq istəsələr, mühafizə və təhlüksəzlik koridorlarında əllərindən alınacaq. Nəzərə alsınlar ki, stadion daxilində 35-ə qədər müxtəlif ictimai iaşə obyekti fəaliyyət göstərir. Azarkeşlərin, iştirakçıların hər hansı bir qida təminatı və digər hallarla bağlı zəruri ehtiyacları olan məhsullar həmin obyektlərdə satılır. Həmin obyektlərdə bütün zəruri olan məhsullar var”.

Açar sözlər:

Oxunub: 1022