Naxçıvanda komanda-qərargah təlimi başa çatdı - VİDEO
14:41 12 İyun 2021
Naxçıvan Qarnizonu Qoşunlarında iyunun 7-də başalayan komanda-qərargah təlimi başa çatıb.
Femida.az xəbər verir ki, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində maket üzərində dəqiqləşdirilib, qəbul edilmiş qərara əsasən bir istiqamətdən digərinə yerdəyişmə zamanı bölmələrin manevretmə qabiliyyəti yoxlanılıb.
Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. Döyüş atışlarının icrası zamanı tank, motoatıcı, mexanikləşdirilmiş və raket-arilleriya bölmələri şərti düşmən hədəflərini məhv ediblər.
Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb. Təlimin sonunda qərargahların və praktiki fəaliyyətlərə cəlb edilən bölmələrin tapşırıqları icraetmə vərdişlərinin təhlili aparılıb, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər