Qaxda itkin düşən gəncin meyiti tapılıb


17:00     12 İyun 2021 21_06_12_1623505838.jpg


Qax rayonunda altı gün öncə itkin düşən gəncin meyiti tapılıb.

Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında aşkarlanıb.

Qeyd edək ki, E.Hüseynov sonuncu dəfə altı gün öncə ailə üzvlərinə İlisu kəndindən aralıda, dağlıq ərazidə yerləşən İlisu hamamına getdiyini bildirib. Həmin vaxt isə hava qeyri-sabit keçib və güclü yağış yağıb. Onun çaya düşərək boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 1023