Türkiyə millisi Bakıya gəldi


21:12     12 İyun 2021 2021/06/22329-1623516231_1623518000.jpg

“AVRO-2020”nin A qrupunun ikinci oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.

Femida.az-ın xəbər verir ki, "ay-ulduzlular" az öncə ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, ötən gün açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. Şenol Güneşin baş məşqçiliyi ilə iyunun 16-da Uelslə qarşılaşacaq kollektiv, dörd gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Açar sözlər:

Oxunub: 808