“Azərbaycanın humanitar jestini alqışlayıram” - Şarl Mişel
22:18 12 İyun 2021
“Azərbaycan və Ermənistanın humanitar jestlərini – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram”.
Femida.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır: “Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Oxunub: 414
Oxşar xəbərlər
- “Azərbaycanın təklifini dəstəkləyirik” - Çavuşoğlu
- “Azərbaycanın ərazi bütövlüyünün qorunması İranın regional strategiyasıdır” - Zərif
- “Azərbaycanın ərazi bütövlüyü çox mühümdür” - Özbəkistan Prezidenti
- “Azərbaycanın hörməti bizdən çoxdur” – Ermənistan parlamentində QALMAQAL
- “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” - Mehriban Əliyeva
- “Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir” - İlham Əliyev
- “Azərbaycanın yanındayıq” - Ruhani