Çində partlayış zamanı 11 nəfər ölüb, 144 nəfər yaralanıb
10:23 13 İyun 2021
Çinin Xubey əyalətinin Şiyan şəhərində partlayış zamanı azı 11 nəfər həlak olub, daha 144 nəfər yaralanıb.
Femida.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə Çjanvan rayonunda, ərzaq bazarının olduğu yaşayış kompleksində qeydə alınıb. Hadisəyə qaz sızması səbəb olub. Partlayış dalğası 40-a yaxın ticarət köşkünü dağıdıb.
Bazar partlayış zamanı artıq fəaliyyətdə imiş, xeyli adam səhər yeməyi yeyirmiş.
Telekanalın məlumatına görə, xilasedicilər dağıntılar altından 144 yaralını çıxarıblar, onların hamısı xəstəxanalara yerləşdirilib. Yaralılardan 37-si ağır vəziyyətdədir. Hadisə zamanı 11 nəfər həlak olub.
Oxunub: 960
Oxşar xəbərlər
- Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib
- Çində partlayış olub, ölən və yaralanan var
- Çində təhsil alan azərbaycanlı idmançı vəfat edib
- Çində güclü leysan-73 ölüm
- Çində yanğın 14 nəfərin ölümünə səbəb oldu
- Çində avtobusla yük maşını toqquşub, ölənlər var
- Çində metro su ilə doldu, ölənlər və yaralılar var
- Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb
- Çində kömür mədənində partlayış olub, ölən var
- Çində ultramarafon zamanı 21 nəfər donaraq ölüb