Bayden G7 sammitində protokolu pozub
10:59 13 İyun 2021
ABŞ prezidenti Co Bayden və xanımı Cill Bayden G7 sammitində krallıq protokolunu pozublar.
Femida.az “Daily Star”a istinadən xəbər verir ki, qaydalara əsasən, Böyük Britaniya kraliçası II Elizabet də daxil olmaqla kral ailəsinin üzvləri tədbirə sonda qatılmalıdırlar. Ümumilikdə, qonaqlar bu müddətədək sammitə daxil olmalıdırlar. Bundan başqa, yalnız kraliça tədbirdən ayrıldıqdan sonra digər qonaqlar da tərk edə bilərlər.
Ancaq ABŞ prezidenti və onun xanımı bir neçə dəqiqə gecikmə ilə tədbirə sonuncu olaraq gəliblər. Bununla belə, kraliça ABŞ liderinə irad tutmayıb – bu, Co Baydenin prezident olduqdan sonra kraliça ilə ilk görüşü idi.
Qeyd edək ki, Ağ Evdə kraliça II Elizabetin titulu ilə bağlı iki dəfə səhvə yol verilib – Cen Psaki onu “İngiltərə kraliçası” adlandırıb (bu titul 1707-ci ildən bəri artıq istifadə olunmur).
Oxunub: 884
Oxşar xəbərlər
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Bayden: “Biz xəbərdarlıq etdik, Zelenski qulaq asmaq istəmədi”
- Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib
- Bayden Azərbaycanda yaşayış standartlarının yüksəldilməsinə görə İlham Əliyevin addımlarını alqışlayıb
- Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
- Cozef Bayden İlham Əliyevi təbrik edib