Son 5 ayda Ermənistanı tərk edənlərin sayında rekord qeydə alınıb
11:33 13 İyun 2021
Cari il Ermənistanda miqrasiya artımının görünməmiş göstəricisi qeydə alınıb – 2021-ci ilin 5 ayı ərzində ölkədən gedənlərlə gələnlərin sayı arasında fərq 88 854 nəfər təşkil edib.
Femida.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Şuranın Miqrasiya məsələləri üzrə Komissiyasının sədri, miqrasiya məsələləri üzrə ekspert Qaqik Yeqanyan bildirib.
"Səbəblərin müəyyənləşdirilməsi üçün ətraflı tədqiqat aparmaq lazımdır. Amma görünür, miqrasiya əhval-ruhiyyəsi geniş artıb. Bizdə azı 25 il ərzində analoji mənzərə olmayıb", - o deyib.
Beləliklə, rəsmi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında ölkəni 63 713 nəfər həmişəlik tərk edib. Apreldə bu göstərici hələ 16 827 nəfər artıb, mayda isə 8 314 nəfər təşkil edib. Beləliklə, ilin birinci 5 ayı ərzində sərnişin axınının mənfi saldosu artıq 90 000-ə yaxınlaşıb.
Ekspertin müşahidəsinə görə, bu göstərici cəmiyyət arasında mənfi - müharibə, köçürülmə, ağır ictimai durum, sabaha etibarsızlıq və s. əhval-ruhiyyəni göstərir.
Oxunub: 532
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Umayra Tağıyeva: "Son 2 gündə yağıntının miqdarı aylıq normanı keçib"
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 9 təyyarəsi məhv edilib"
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"