Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı


16:15     13 İyun 2021 erdogan-konsudu.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də keçiriləcək NATO dövlət və hökumət başçılarının zirvə toplantısına qatılmaq üçün Brüsselə səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, toplantıda NATO-nun gələcək inkişafı, alyansın təhlükəsizliyinə təhdidlərlə yanaşı, Əfqanıstana qətiyyətli dəstək missiyasının başa çatması fonunda bu ölkəyə dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyə liderinin bəzi müttəfiq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Ərdoğan Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Açar sözlər:

Oxunub: 251