Yasamalda 15 yaşlı yeniyetmə göldə boğulub


18:15     13 İyun 2021 21_06_13_1623593867.jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə 1 azyaşlının batması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib və 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti tapılıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 473