Bu gün məktəblərdə "Son zəng" keçirilir


09:10     14 İyun 2021 21_06_14_1623651426.jpg

Bu gün ölkənin ümumtəhsil məktəblərində "Son zəng" keçirilir

Bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və "Son zəng"in keçirilməsinə razılıq verilib.

"Son zəng" tədbirlərinin müəyyən şərtlərlə keçirilməsi nəzərdə tutulub.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən məktəblərdə "Son zəng" keçirilməmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 419