Bu gün Azərbaycanda məktəbi 84 min nəfər bitirdi


12:21     14 İyun 2021 21_06_14_1623658944.jpg


2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır.

Femida.az xəbər verir ki, tədris ilində respublika üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları kimi qeyd edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 343