AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb


13:59     14 İyun 2021 2021/06/20a20cd4-10b3-320e-97dc-6aa12cefe26c_850_1623664947.jpg

AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan 15 erməni əsirin sərbəst buraxılması və Ağdam rayonunda 100 minə yaxın minanın əks olunduğu xəritənin Azərbaycana təhvil verilməsi xəbərini alqışlayıb.


Femida.az xəbər verir ki, o, ötən il altı həftə davam edən müharibənin humanitar nəticələrini azaltmaq üçün addımlar atılmasının son dərəcə vacib olduğunu bildirib.

Məruzəçi hər iki tərəfi müxtəlif beynəlxalq aktyorların köməyi və dəstəyilə müharibənin ağır nəticələrin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdirməyə çağırıb.

Qeyd edək ki, P.Gavan 2021-ci ilin mayında Ermənistana səfər edib. O, yaxın vaxtlarda Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə hesabatını tamamlamaq üçün Azərbaycana səfər etməyi planlaşdırır.

Açar sözlər:

Oxunub: 779