Ağsuda polis əməkdaşını avtomobil vurub


20:29     14 İyun 2021 xestexana.jpg

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub.

"Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Cəfərov Ramil İntiqam oğlunu yolu keçmək istəyərkən “QAZel" markalı yük maşını vurub.

Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1004