Əfqanıstan ordusu əməliyyat keçirib, 160 terrorçu öldürülüb


11:14     15 İyun 2021 21_06_15_1623739545.jpg

Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri son sutkada “Taliban” hərəkatının 160-a yaxın silahlısını zərərsizləşdirib, 108-i isə yaralanıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, “Taliban”a qarşı əməliyyat son sutkada Kunduz, Qəznə, Badqis,Herat, Gilmend, Qor, Nanqarhar, Vardak və Bədəxşan əyalətlərində keçirilib.

Açar sözlər:

Oxunub: 785