İlham Əliyev: "Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"


17:18     15 İyun 2021 2021/06/b0774a32-3a7e-346f-a010-8ca73eb24fde_850_1623763212.jpg

“Bu gün həyatımızın tarixində əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

Femida.az-ın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.

Açar sözlər:

Oxunub: 288