Ərdoğan: "Fərqli bir həyəcanın içərisindəyik"


17:45     15 İyun 2021 2021/06/edfae8ce-e5a7-3ca7-84aa-40e61eafd120_850_1623764759.jpg

“Bu gün fərqli bir həyəcanın içərisindəyik. Daha əvvəl verdiyimiz sözü bu gün yerinə yetirmiş oluruq. 44 günlük müharibədən sonra şükürlər olsun ki, Qarabağ sahiblərinin əlinə keçdi və erməni işğalından azad olundu”.

“Report”un xəbərinə görə, bunu Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəhraman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab İlham Əliyevlə birlikdə ötən ilin dekabrın 10-da Bakıda birlikdə paylaşmışdıq. Həmin gün də tamam başqa bir həyacan var idi. 6 ay sonra qədim şəhər Şuşada özü ilə birlikdə olmaqdan böyük məmnunluq hiss edirəm. Verdiyimiz söz yerinə yetdi”, - Türkiyə Prezidenti vurğulayıb.

Açar sözlər:

Oxunub: 457