"Verdiyimiz sözü yerinə yetirdik" - Ərdoğan


18:09     15 İyun 2021 2021/06/ab143cdf-2fb0-3d68-aa41-cd72995e4e79_850_1623766242.jpg

"Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi".

Femida.az-ın xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anan Türkiyə Prezidenti deyib: “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür, yerinə yetirdik”.

Femida.az

Açar sözlər:

Oxunub: 237