“Seçkidən sonra toqquşmaların olacağı istisna deyil” - Koçaryan


19:10     15 İyun 2021 2018/09/kocaryan_1536730210.jpg

İyunun 20-də Ermənistanda keçiriləcək erkən parlament seçkilərindən sonra toqquşmaların olacağı istisna deyil.

Femida.az xəbər verir ki, bunu ölkənin ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan bildirib.

"Toqquşmalar, əlbəttə ki, arzuolunmaz bir ssenaridir, amma bunu tamamilə inkar etmək olmaz", - Koçaryan Rusiya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası, yerli seçki komissiyaları öz işlərini qanun çərçivəsində dəqiq yerinə yetirsə, hər hansı ciddi fəsadlardan qaçmaq mümkün olacaq.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 912


Oxşar xəbərlər