Ərdoğana “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi


20:08     15 İyun 2021 2021/06/0f800ba8-34da-3b97-b8db-7eb703f8fb2e_850_1623773498.jpg

Xəbər verdiyimiz kimi, bu gün Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

Azvision.az -ın məlumatına görə, tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

“Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.


Açar sözlər:

Oxunub: 1218


Oxşar xəbərlər