Paşinyan Zəngəzura özü ilə snayperlər gətirdi - VİDEO


21:31     15 İyun 2021 2021/06/gghhg-1623758492_1623778481.jpg

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Zəngəzura səfəri müzakirələrə səbəb olub.

Femida.az xəbər verir ki, yerli media növbədənkənar parlament seçkiləri öncəsi təşviqat kampaniyası aparan Paşinyana qarşı sui-qəsd ehtimalının olduğunu yazıb.

Qeyd edilir ki, Sünikə (Zəngəzur-red) gələn Paşinyanı xeyli sayda snayperlər müşayiət edib.

"Paşinyanın tərəfdarları ilə görüşə özü ilə bərabər snayperləri gətirməsi diqqət çəkən məqamdır. Hər halda ehtimal edilir ki, seçki öncəsi sui-qəsd cəhdinin olması daha çox ehtimal edilir. Əvvəlcə xüsusi geyimdə olan snayperlər vətəndaşlar arasında vahiməyə səbəb olsa da, sonradan onların mühafizə xidmətinə daxil olan hərbçilər olduğu məlum olub. Hüquq-mühafizə orqanlarındakı mənbələrin verdiyi məlumata görə, Sünik həddindəna artıq həssas bölgə olduğu üçün hələ dünən günortadan bura 2500 zabit və Milli Təhlükəsilik Xidmətinin əməkdaşı ezam olunub. Az qala bir ordu! Onların bəziləri mülki geyimdə olublar və bu gün Paşinyana yol yoldaşlığı ediblər", - erməni KİV-ləri yazıb.



Femida.az

Açar sözlər:

Oxunub: 929