Cəlilabad xəstəxanasında əkiz uşaq dünyaya gətirən ana ölüb


11:39     16 İyun 2021 21_06_16_1623829195.jpg

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı bu gecə xəstəxanada əkiz uşaq dünyaya gətirib.

Qadının vəziyyəti əvvəl yaxşı olsa da, sonradan pisləşib və o, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 856