Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı


14:36     16 İyun 2021 2021/06/beynelxalq_1623839868.png

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlar üçün yaratdığı Sahibkarlar Klubunun sıraları getdikcə genişlənir. Kluba qəbul edilən sahibkarların sayı artıq 500-ə çatıb. Sahibkarlar Klubunun məqsədi kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.


Sahibkarlar Klubunun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər edilir. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunur. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı imtiyazlar paketindən faydalana bilirlər. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirir, faydalı tərəfdaşlar tapırlar.

Klub öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərir. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edir. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala bilirlər.

Sahibkarlar Klubu haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə, yaxud Bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 785