Ərdoğan: "Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”


15:59     16 İyun 2021 2021/06/19746df5-3bdb-3ce7-a6c4-90ed274db559_850_1623844838.jpg

“Gözlərini qırpmadan Vətən üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə müharibə zamanı Azərbaycanın yanında idi: “Bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq".

“Necə Çanaqqalada Azərbaycan igidləri bizim yanımızda olub zəfər qazanıblarsa, Nuru Paşa Azərbaycanın yanına gəlibsə, biz də gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədrimiz, azadlığı isə azadlığımızdır".

Açar sözlər: #Ərdoğan   #Milli_Məclis   #Azərbaycan  

Oxunub: 922