Bu ölkələrin vətəndaşlarının Azərbaycana səfərinə icazə verildi - SİYAHI


17:45     16 İyun 2021 teyyareturkiye.jpg

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Femida.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyunun 21-dən hava nəqliyyatı vasitəsilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı və Qətər Krallığı ölkələrinin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə veriləcək.

Femida.az

Açar sözlər: #icazə   #ölkə   #uçuş  

Oxunub: 456