Azərbaycanda daha 22 976 vaksin vuruldu


18:05     16 İyun 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 247