Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb


09:46     17 İyun 2021 21_06_17_1623912397.jpg


Bu ilin yanvar-may aylarında Azərbaycan 1,976 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 448 min ABŞ dolları (18,5 %) azdır.

Beş ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 129,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 68,4 milyon ABŞ dolları (2,1 dəfə) çoxdur.

Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 1,74 %-ni təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 771