Bakıda qanunsuz fəaliyyət göstərən 26 heyvan kəsimi məntəqəsi aşkarlandı


10:08     17 İyun 2021 21_06_17_1623912529.jpg

Bakı şəhərinin Xəzər rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Bu barədə Femida.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Femida.az

Açar sözlər:

Oxunub: 333