Şərurda yük avtomobili qəzaya düşüb, 3 nəfər ölüb


14:33     17 İyun 2021 21_06_17_1623922488.jpg

Şərur rayonunda yol qəzası olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 15-də saat 19 radələrində rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüb.

Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 701