Hindistanın məşhur aktyoru vəfat edib


15:55     17 İyun 2021 21_06_17_1623924956.jpg

Hindistanın məşhur aktyoru, ictimai xadimi Çandraşekxar 98 yaşında Mumbayda vəfat edib.

Femida.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə onun qohumları bildiriblər.

Ölümünə səbəb olaraq yaşı göstərilib.

Çandraşekxar 1922-ci il iyunun 22-də Hindistanda anadan olub. Onun aktyorluq karyerasının zirvəsi 1950-60-cı illərdə olub. Çandraşekxar 172 filmdə çəkilib. Ona ən çox məşhurluğu 1982-ci ildə çəkildiyi “Disko rəqqası” filmi gətirib.

Açar sözlər:

Oxunub: 654