Ərdoğan: "Rusiyanın "Zəngəzur dəhlizi" layihəsini gecikdirəcəyini düşünmürəm"


16:20     17 İyun 2021 21_06_17_1623927373.jpg

"Rusiyanın "Zəngəzur dəhlizi" layihəsinin həyata keçiriməsi məsələsini gecikdirmək niyyətində olduğunu düşünmürəm. Əksinə, bu layihəni reallaşdırmaq istəyində olduğunu düşünürəm.

Femida.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini də vurğulayıb.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan özünə etimad yaratmaq istiqamətində addımları atmalıdır: “Basdırdığı minaların xəritələrini Azərbaycanla verməklə bu istiqamətdə ilk addımı atmış olacaq”.

Açar sözlər:

Oxunub: 658