Ağcabədi sakinindən silah-sursat götürüldü
17:15 17 İyun 2021
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az
-a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini, əvvəllər məhkum edilmiş İlqar Şirinov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” avtomatı, içərisinədə 30 ədəd 5.45 kalibrli patronlar olan avtomat sandığı, 1 ədəd əl qumbarası və içərisində barıt olan 1 ədəd sellofan torba aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Oxunub: 925
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə qardaş bacısını qətlə yetirib
- Ağcabədi polisi əməliyyat keçirib, saxlanılanlar var
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb