"Məhkəmə qətnamələrinin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsinə laqeyd yanaşılır"
17:30 17 İyun 2021
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1. maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsi aktı qətnamə formasında çıxarır və 135-ci maddənin tələblərinə uyğun olaraq tərəflərə göndərir.
Lakin məhkəmə təcrübəsində rastlaşdığımız bəzi hallar tərəflərin vəkillərinin bununla bağlı məlumatlandırılmadığını, bunun isə bəzən prosessual gecikmələrə səbəb olduğunu göstərir. 2018-ci ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Bu dəyişiklik öz növbəsində, zəruri məhkəmə sənədlərinin vəkillər üçün əlçatımlılığını asanlaşdıran bir addımdır.
Lakin əfsuslar olsun ki, bəzi məhkəmə katibləri və hakim köməkçiləri sənədlərin elektron sistemə yerləşdirilməsinə laqeyd yanaşırlar. Bu isə prosessual gecikmələrlə yanaşı olaraq bəzən müştəri-vəkil münasibətlərinə mənfi təsir göstərir.
Bununla bağlı bütün vəkillərə “elektron imza”dan istifadə etmələrini tövsiyə edir, hakimlərə üz tutaraq bütün zəruri məhkəmə sənədlərinin qanunvericiliyə uyğun olaraq elektron sistemə yerləşdirilməsinə nəzarətin gücləndirilməsini xahiş edir.
Femida.az
Oxunub: 686
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib