Laçında hərbçilərin yol qəzasında ölməsi ilə bağlı cinayət işi başlandı
13:02 17 İyun 2021
Laçın rayonunda hərbçilərin yol qəzasında ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev Femida.az
-a bildirib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüblər.
Daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınmış və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib:
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək".
Oxunub: 400
Oxşar xəbərlər
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb
- Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək
- Laçında Quru Qoşunların komanda-qərargah təlimi başlayıb
- Laçındakı Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO
- Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
- Laçında şəhid olan hərbçilər dəfn edilib