Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək


18:39     17 İyun 2021 2021/06/dce6e5a2-de9a-3c84-be56-380e14df5461_850_1623940984.jpg

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən Femida.az-a bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

Açar sözlər:

Oxunub: 426