Taxıl sahələrində başlayan yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb - FHN


19:02     17 İyun 2021 2021/06/field_fire_130718_1623942191.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Femida.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb.

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 378