DSMF-nin əhaliyə ödənişləri 5 faizdən çox artıb
21:07 17 İyun 2021
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə ödənişləri 5 faizdən çox artıb.
DSMF-dən Femida.az-a verilən məlumata görə, fondun gəlirlərində artım tempi 2021-ci ilin yanvar-may aylarında da davam edib.
Həmin dövrdə Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% və ya 142,8 mln. manat artaraq 2 302,1 mln. manat olub.
DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,4% (118,8 mln. manat) artaraq, 1 527,7 mln. manat təşkil edib.
Yanvar-may aylarında Fondun əhaliyə ödənişlər üzrə xərcləri 5,1% artaraq 2 012,8 mln. manat olub.
Femida.az
Oxunub: 1144
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb
- DSMF-nin Nizamnaməsinə dəyişiklik edilib
- DSMF-nin sabiq şöbə müdirinə cinayət işi açılıb
- DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxunub
- DSMF-nin sabiq əməkdaşının məhkəmsi başlayır
- DSMF-nin Qubadlı şöbəsi ləğv edilməyib - RƏSMİ
- DSMF-nin strukturunda növbəti dəyişiklik edildi
- DSMF-nin gəlir və xərclərinin azaldılması ilə bağlı qanun qüvvəyə minib