Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edilib


21:38     17 İyun 2021 fonsehid2.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Femida.az-ın xəbərinə görə, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub.

Açar sözlər:

Oxunub: 1083