ABŞ-da atışma zamanı 1 nəfər öldürülüb, 13 nəfər yaralanıb


09:22     18 İyun 2021 21_06_18_1623993199.jpg

ABŞ-ın Arizona ştatının Finiks şəhərində atışma zamanı 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

Bu barədə Femida.az CNN-ə istinadən xəbər verir.

Polisin yaydığı məlumata görə, atəş azı 8 yerdə avtomobildən açılıb. Bu hadisələrin bir-biri ilə bağlı olub-olmaması hələ məlum deyil.

Yaralılar hamısı xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan bəziləri atışmanın baş verdiyi yerdə qeydə alınan avtomobil qəzaları nəticəsində xəsarət alıblar.

Polis atışmada şübhəli bilinən şəxsi saxlayıb.

Açar sözlər:

Oxunub: 349