Bakıda zəncirvari qəza olub, ölən var


10:12     18 İyun 2021 21_06_18_1623994278.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində 99-LO-632 dövlət nömrə nişanlı "Reno" markalı avtomobil, 99-VX-039 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil, eləcə də "Volkswagen" markalı avtomobillər toqquşub. Qəza zamanı “Opel”də olan bir nəfər (şəxsiyyət dəqiqləşdirilir -red) ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 939