Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb


11:22     18 İyun 2021 21_06_18_1624000319.jpg

əlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 823